“Qarabağ” və “Mançester Siti” dünya rekorduna şərik oldu

“Qarabağ” və “Mançester Siti” dünya rekorduna şərik oldu
İDMAN

11-05-2022, 21:26

Mətn ölçüsü

Dünya futbolunda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

Azərbaycan çempionu "Qarabağ" da ən yaxşılar sırasında yer alıb.

Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 5 səfər matçında qol buraxmayıb.

Bu, hazırda davam edən seriyalar arasında dünya rekordudur.

Planetin yalnız 4 klubu yüksək liqa matçlarında belə uğra malikdir. "Qarabağ"ın üç şəriki arasında "Mançester Siti"də var.

Pep Qvardiolanın komandası Premyer Liqadakı səfər görüşlərində qapısını toxunulmaz saxlayır. Eyni göstəriciyə İsveçdə "Malmö", Monteneqroda "Sutyeska"da nail olub./Unikal.az/