Bakıda bir nəfər özünü dənizə atdı - VİDEO
    • 12-05-2022, 19:50
    • 288

Bakıda bir nəfər özünü dənizə atdı - VİDEO

Bakıda bir nəfər özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a  verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 m aralı, məntəqə ərazisi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.