Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var
    • 12-05-2022, 22:45
    • 379

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə yol-nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Babək prospektində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 21015" markalı avtomobillərin toqquşması nəticəsində rayon sakinləri 35 yaşlı Səlimov Məlik Ağasən oğlu və 1987-ci il təvəllüdlü Cəbrayılov Şamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.