-
- 14-05-2022, 00:35
- 425
Hindistanda matəm elan olundu
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar Hindistanda sabah milli matəm elan edilib.
News24.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Matəm günü Hindistandakı binalarda bütün dövlət bayraqları yarıya endiriləcək. Həmçinin bütün rəsmi və əyləncli tədbirlər ləğv ediləcək.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan bu gün 74 yaşında vəfat edib.
O, 2004-cü il noyabrın 3-də BƏƏ Ali Şurası tərəfindən ölkə Prezidenti seçilib. Al Nəhyan 2009, 2014 və 2019-cu illərdə təkrar bu posta seçilib.