Aşiqlər eyni kadrda
    • 12-12-2018, 15:35
    • 1 731

Aşiqlər eyni kadrda

"Bir litre gözyaşı" serialında sevgili rolunu oynayan Miray Daner və Mert Yazıcıoğlu əsl sevgililərinin film qalasında bir araya gəliblər.

Mertin sevgilisi Afra Saraçoğlu ilə Mirayın sevgilisi Kubilay Akanın baş rollarını oynadıqları "Aşk bu mu?" filminin ötən gün qalası olub. Qalada bir araya gələn gənc ulduzlar ilk dəfə bərabər şəkil çəkdiriblər. Yeni nəslin sevilən aktyorlarının sözügedən şəkilləri sosial mediada qısa zaman ərzində çoxlu sayda bəyənilib. 

Yazıcıoğlu ilə Saraçoğlunun eşq münasibəti ötən yay çəkilən "İyi oyun", Aka ilə Danerin eyni münasibəti isə bərabər çəkildikləri "Vatanım sensin" serialının çəkiliş meydançasında başlamışdı.

News24.Az