Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
    • 14-05-2022, 16:53
    • 456

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 324 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 372, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 302, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 684 752, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 793, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 254 508, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 884 nəfər təşkil edir.