koronavirusa yoluxanların sayı AÇIQLANDI
    • 14-05-2022, 16:56
    • 342

koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az -a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782904 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2782, bu günə qədər isə ümumilikdə 6850674 test icra olunub.