DİN Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yaydı
    • 14-05-2022, 17:10
    • 314

DİN Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yaydı

"Bakının Fəvvarələr meydanında bu gün keçirilən aksiya zamanı heç bir insident qeydə alınmayıb".

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib:
"Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb".