-
- 1-12-2021, 17:07
- 500
Bügünkü aksiyada saxlanılanlar var
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün – dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.
Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.
Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır.