Hava ilə bağlı XƏBƏRDARLIQ
    • 14-05-2022, 19:41
    • 409

Hava ilə bağlı XƏBƏRDARLIQ

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, mayın 15-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Şirvan-Noxudlu-Salyan, Şirvan-Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsi 500-1000 metrədək məhdudlaşacaq.