Bakıda vəzifəli qadın vəfat etdi - FOTO
    • 16-05-2022, 12:30
    • 323

Bakıda vəzifəli qadın vəfat etdi - FOTO

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna ağır itki üz verib.

News24.az-ın məlumatına görə, institutun Qrunt və su tədqiqatları şöbəsinin rəis müavini Quliyeva Ülfət Nüsrəddin qızı mayın 14-də vəfat edib.
Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Ülfət Quliyeva 1961-ci il fevralın 15-də Agstafa şəhərində anadan olub.

1991-ci ildən ömrünün sonunadək əvvəlcə   “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunda, sonralar onun hüquqi varisi olan hazırkı  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda kimyaçı, qrup rəhbəri, laboratoriya müdiri, şöbə rəisinin müavini kimi vəzifələrdə çalışıb.

Allah rəhmət eləsin!