-
- 16-05-2022, 13:13
- 366
"Dostluğumuz, qardaşlığımız və müttəfiqliyimiz sarsılmazdır" - Deputat
“Tarix daha bir Türkiyə-Azərbaycan qardaşlığına şahidlik etdi, yeni bir dostluq və qardaşlıq dastanı yazıldı. Prezident İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri və Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimində iştirak etməsi növbəti əlamətdar və tarixi hadisədir”.
News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, müttəfiqlik nümunəsi göstərir: “İki dövlətin dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətləri uğurla inkişaf edir. Tərəflər arasında dünya miqyasında oxşarı olmayan nadir əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri, heç şübhəsiz, iki ölkənin dostluğunun və qardaşlığının fəlsəfi əsasını təşkil edir. Prezident İlham Əliyevin "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik", Prezident Rəcəb Tayyib Ərdoğanın "Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir" fikirləri isə Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmazlığını ifadə edir”.
O əlavə edib ki, həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla - qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə tarix yazırlar: “44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Azərbaycan da öz növbəsində milli maraqlara dair prinsipial məsələlərdə Türkiyəyə inamlı və qətiyyətli dəstək verir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir.
Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz-həmrəyliyimiz heç vaxt sarsılmayacaq!”