-
- 16-05-2022, 14:55
- 312
Belarusun Baş naziri Azərbaycana səfər edəcək
Belarusun Baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək.
News24.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
“Səfərin istiqaməti konkret və praktikdir. Əgər Azərbaycan tərəfini hansısa istiqamətlər maraqlandırmırsa, onların digər dövlətlərdən daha yaxşı təklifləri var, o zaman biz yeni təkliflər tapmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün imkanlar tapmalıyıq”, - Roman Qolovçenko teleqram kanalında videoşərhində bildirib.
İki günlük proqrama ölkə rəhbərliyi ilə görüşlər, Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə səfərlər daxildir.
Bundan başqa, səfər çərçivəsində Belarus və Azərbaycanın biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub.