Misirdə ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
    • 12-12-2018, 18:39
    • 1 016

Misirdə ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.

Səfirliyimizin əməkdaşları, “Vətənpərvər”- Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, şəhər meri və meriyanın nümayəndələri, jurnalistlər Misirin Qəlyubiyyə əyalətinin Qanatir şəhərindəki Misir-Azərbaycan Dostluq Parkında mədəniyyət və təhsil ocağını ziyarət edib, orada qurulan Azərbaycan və ulu öndər Heydər Əliyevin guşələri ilə tanış olublar.
İştirakçılar ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq Parkında ucaldılmış heykəlini də ziyarət edib, önünə əklil qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz roluna toxunub, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizin qısa müddətdə regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini diqqətə çatdırıblar. Həmçinin iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.
Qeyd edək ki, səfir Tural Rzayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik qəzetlərində yayılıb.

//AZƏRTAC