-
- 17-05-2022, 10:36
- 431
Qanunsuz ağackəsmə və balıq tutmağa görə CİNAYƏT İŞİ BAŞLANILDI
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, İsmayıllı, Şəki və Füzuli rayonlarının ərazilərində qanunsuz ağackəsmə, Xaçmaz rayonunda isə qanunsuz balıq tutma faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, Quşencə bələdiyyəsinin ərazisində, həmçinin “Xurcan düzü”ndə və Köndələn çayın sahilində ağackəsmə üçün müvafiq icazə olmadan, eyni zamanda Kiş meşəbəyliydə meşə fonduna aid olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 29 min manat ziyan dəyib.
Həmçinin, Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə “Nərə” və “Xəzər qızıl balığı” cinsli balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurulması müəyyən edilib.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 256.3 (qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən alıq və digər su bioresurslarını qanunsuz tutma), 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına və daxili işlər orqanlarına göndərilib.