-
- 17-05-2022, 14:59
- 312
İrəvanda meydanlara toplaşan 286 nümayişçi saxlanıldı
Ermənistanın paytaxtı İrəvanda küçələrə toplaşaraq yolları bağlayan 286 nümayişçi polis tərəfindən saxlanılıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki,Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasətdə atdığı addımlardan narahat olan Ermənistan müxalifəti baş nazir Paşinyanın istefasını tələb edərək mayın 2-dən etibarən “vətəndaş itaətsizliyi” aksiyalarını davam etdirir. Bu tarixdən başlayaraq bir çox şəhərlərdə, xüsusən də paytaxt İrəvanda nümayişlər vaxtaşırı davam edir.
Yolları bağlayan və parlament binasına piyada getmək istəyən nümayişçilərə polis dərhal müdaxilə etsə də, səhər saatlarında İrəvan küçələrində də oxşar mənzərələr yaşanıb. Qrup halında küçələrə çıxan əleyhdarlar şüarlar səsləndirib, zibil qablarını yollara çəkiblər. Nəqliyyat vasitələrinin keçidlərini dayandıran fəalların bəziləri yolda oturub, bəziləri isə maneələr yaratmağa çalışıb. Az qala bir çox küçə və prospektlərdə başlayan tıxaclara polis müdaxilə edərkən, fəallar polisə müqavimət göstərməyə çalışıb.
Qarşıdurmalara baxmayaraq, parlament binasına çatmağa çalışan və yollara barrikadalar quran nümayişçilər polis tərəfindən saxlanılıb. Ermənistan Daxili İşlər Nazirliyi səhər saatlarından başlayan yol blokadalarına müdaxilələr zamanı indiyədək 286 nümayişçinin saxlanıldığını açıqlayıb. Erməni müxalifət bloku isə gün ərzində erməni xalqını meydanlara, küçələrə çağıraraq, etirazlarını davam etdirmələrini xahiş edib.