Yerevanda gərginlik davam edir - POLİS AVTOBUSLARI PARLAMENT BİNASINA GƏLDİ

Yerevanda gərginlik davam edir - POLİS AVTOBUSLARI PARLAMENT BİNASINA GƏLDİ Dünya
Ermənistanın paytaxtı Yerevanda Baş nazir Nikol Paşinyanın istefa etməsi üçün başlayan mitinqlər davam edir.

News24.az RİA-ya istinadən xəbər verir ki, hazırda polis avtobusları sütunu Yerevanın mərkəzindəki parlament binasına yaxınlaşıblar.

Yerli vaxtla saat 11:00-da parlament iclasının açılışı planlaşdırılır. Bildirilir ki, millət vəkilləri ölkədəki vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, müxalifət tərəfdarları Bağramyan prospektindəki çadır düşərgəsinə toplaşıblar.