Eurovision qalibi Ukraynaya yardım toplamaq üçün Avropanı gəzəcək
    • 17-05-2022, 16:50
    • 288

Eurovision qalibi Ukraynaya yardım toplamaq üçün Avropanı gəzəcək

Eurovision qalibi Ukrayna musiqi qrupu xeyriyyə məqsədi ilə Avropanı gəzəcək.
 
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Eurovision Mahnı Müsabiqəsinin qalibi Ukraynalı Kaluş Orkestri Ukrayna üçün vəsait toplamaq üçün Avropanı gəzəcəklərini açıqlayıb.

Qrupun solisti Oleq Psyuk Ukrayna üçün ianə toplamaq istədiklərinibildirib. "Ukrayna və onun Silahlı Qüvvələrinə yardım toplamaq üçün Avropanı gəzəcəyik. İnstaqram səhifəmizdə çıxış edəcəyimiz şəhəri elan edəcəyik."

O, əldə olunan gəliri orduya bağışlayacaqlarını bildirib.

Psyuk bildirib ki, qrup üzvləri ukraynadilli mahnıları populyarlaşdırmaq və ölkə mədəniyyətini təbliğ etmək istəyirlər.

Qeyd edək ki, bu il 66-cı Avroviziya Mahnı Müsabiqəsində Kaluş Orkestri “Stefania” mahnısı ilə 631 xal qazanıb. 2003-cü ildən “Eurovision”da iştirak edən Ukrayna bundan əvvəl 2004 və 2016-cı illərdə “Eurovision”un qalibi olmuşdu.