-
- 17-05-2022, 16:58
- 537
Azərbaycanda sərxoş sürücü uzunqulaq arabasını vurdu – ÖLƏN VAR
Ötən ilin 23 sentyabrında Ağstafa rayonunun Göycəli kəndində sərxoş halda idarə etdiyi yük maşını ilə uzunqulaq arabasını vuran və arabadakı şəxsin ölümünə səbəb olan 1965-ci il təvəllüdlü İ.İmanov məhkəmə qarşsına çıxarılıb.
News24.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, İ.İmanov sərxoş halda sürdüyü “Mitsubishi Canter” markalı yük maşını ilə Tatlı kəndi istiqamətində hərəkətdə olarkən İbrahim adlı şəxsin olduğu arabanı vuraraq su kanalına aşırıb.
Nəticədə İbrahim adlı şəxs ölüb.
Məhkəmə hadisədən sonra polisin nəzarəti altında olmaqla azadlıqda qalan sürücünün Cinayət Məcəlləsinin 263-1.3-cü ( Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. İ.İmanova 5 il yarım həbs cəzası verilib və o, məhkəmə zalındaca həbs edilib.
Təqsirləndirilən şəxs bildirib ki, hadisədən əvvəl evdə spirtli içki qəbul edib və əmisi oğlunun evinə qonaq gedərkən qəza törədib.
Mərhum İbrahim Əliyevin həyat yoldaşı isə deyib ki, hadisə baş verən gün sahədən pomidor yığıb araba ilə evə qaydırlarmış. Bu zaman o, bir qədər geridə piyada, əri isə öndə arabada hərəkət edib. Yolun kənarı ilə gedərkən İ.İmanovun sürdüyü yük maşını qadını keçərək onun rinin olduğu uzunqulaq arabasını vurub və araba kanala yuvarlanıb. İbrahim Əliyev xəstəxanaya çatdırılsa da, vəfat edib.