Bakıda 3 dost sərxoş halda dəhşət yaşadı – Biri öldü, digərləri isə...
    • 30-04-2022, 17:03
    • 496

Bakıda 3 dost sərxoş halda dəhşət yaşadı – Biri öldü, digərləri isə...

Ötən ilin 12 mart tarixində gecə saat 01 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsində “BMW” markalı avtomobilin aşması və nəticədə 1 nəfərin ölməsi, 2 nəfərin isə xəsarət alması faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az
-ın məlumatına görə, hadisə vaxtı 1993-cü il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi “BMW” markalı avtomobili Bakı-Sumqayıt şosesində körpünün üzərindən aşırıb. Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emil Əliyev ağır xəsarətlər alıblar. Digər sərnişin 1994-cü il təvəllüdlü Şahin Məmmədov hadisə yerində ölüb.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən Zaur Əlizadə maşın sürərkən sərxoş halda olub. Belə ki, o, daha əvvəl həbsxanada olarkən dostlaşdığı Şahin və Emillə Binəqədi qəsəbəsindəki restoranda keçirilən ad günün məclisində yeyib içib. Daha sonra Zaur qardaşına məxsus olan və etibarnamə ilə sürdüyü “BMW” ilə dostlarını yaşadıqları Xırdalan şəhərinə aparıb. Yolda o, maşını çox sürətlə idarə etdiyindən Emil ona xəbərdarlıq edərək sürəti azaltmasını deyib. Lain sərxoş halda olan Zaur sürəti azaltmayıb və avtomobil yağışlı hava şəraitində körpünün kənar hissəsinə dəyərək aşıb. Ön oturacaqda oturan Şahin Məmmədov hadisə yerində ölüb.  Sürücü və Emil Əliyev isə ağır xəsarət alıb.

Hadisə nəticəsində Zurun qardaşına da avtomobilin tam yararsız hala düşməsi səbəbindən 15 min manat ziyan dəyib.

Hadisəni törədən Zaur Əlizadə barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesin yekununda hadisədən sonra həbs edilmiş sürücünün 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə qərar verilib.

Qeyd edək ki, Zaur Əlizadə daha əvvəl xuliqanlıq əməlinə görə həbsxana həyatı yaşayb və mərhum Şahin Məmmədovla da rada tanış olaraq dostlaşıb.