Bakıda boşanan valideynlər yeganə övladlarını küçəyə atdılar
    • 17-05-2022, 18:06
    • 496

Bakıda boşanan valideynlər yeganə övladlarını küçəyə atdılar

Bakıda boşanan valideynlər övladlarından imtina edib.

News24.az xəbər verir ki, bu haqda  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova feysbukda yazıb.

O bildirib ki, azyaşlı hazırda sığınacaqdadır: "Azyaşlı körpə dünən saatlarla küçədə qalıb. Yoldan keçən 2 nəfər uşağın sakitcə oturub ağlamasını görüb dərhal ona yaxınlaşıblar. Balacanı yaxınlıqdakı polis bölməsinə gətirərək təhvil veriblər. Polislər isə  balacanı sığınacağımıza gətirdilər. Səhəri gün uşağın atasını tapdıq və uşağın atası bildirdi ki, uşaq uzun müddətdir bibisi gildə qalıb. Bibisi oğlu onu yol ortasında qoyaraq deyib ki, burda gözlə qayıdacam ancaq o gedən gedib və saatlarla geri gəlib uşağı götürməyib. Ata bildirir ki, uşağa baxa bilmir və uşağın anası dəfələrlə ona şiddət göstərib. Boşanıb ayrı yaşadıqlarından uşağı heç biri sahiblənmək istəmir. Qadının ərə şiddətinə görə bu yaxınlarda məhkəmələridə olub. Bir sözlə, artıq balaca sığınacaqda qalacaq. O, küçədə evə getmək xəyalını qurarkən yolu sığınacaqla kəsişdi. İnşallah valideynlər tez bir zamanda etdikləri səhvi anlayıb uşağın normal ailədə böyüməsini təmin edərlər."