"Mənə lazım deyil" deyə uşağı qonşuya verib getdi, qayıtmadı- FOTO -Yeniləndi
    • 5-10-2021, 14:31
    • 516

"Mənə lazım deyil" deyə uşağı qonşuya verib getdi, qayıtmadı- FOTO -Yeniləndi

Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb.

Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyatı qurumlar da məlumatlandırılıb.

O bildirib ki, sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verilib.

Məlum olub ki, azyaşlı valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib. Amma sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib. /Report/

"Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir", - T.Mərdanoğlu əlavə edib.


***13.20
"2 yaşlı balacanı ailə qonşuya müvəqqəti baxması üçün qoyublar. Neçə gündür uşağı götürmədiklərinə görə qonşu uşağın atasına zəng edib və atası bildirib ki mənə uşaq lazım deyil".

News24.az xəbər verir ki, bu sözləri “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə yazıb. O bildirib ki, uşağın anasına hazırda çatmır. Qonşu artıq balacaya baxa bilmədiyi üçün onu sığınacağa təhvil verib.