Kann Festivalı Zelenskinin çıxışı ilə başlayıb
    • 18-05-2022, 14:58
    • 346

Kann Festivalı Zelenskinin çıxışı ilə başlayıb

Dünyaca məşhur Kann Film Festivalı bu il Ukrayna lideri Zelenskinin sürpriz çıxışı ilə başlayıb.

News24.az xəbər verir ki, dünən Fransada keçirilən 75-ci Kann Film Festivalının açılış mərasimi Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı ilə yadda qalıb.

Bu il Kann Film Festivalında bir çox ukraynalı rejissorun filmləri də nümayiş olunacaq. Ötən ay Ukraynanın Mariupol şəhərində Rusiyanın bombardmanı nəticəsində həyatını itirən rejissor Mantas Kvedaraviçiusun “Mariupolis 2” sənədli filminin xüsusi nümayişi keçiriləcək.

Festival təşkilatçıları Rusiya hökuməti ilə əlaqəsi olan şəxsləri festivala buraxmayıblar.