Əli Əsədov Belarusun Baş naziri ilə görüşüb
    • 18-05-2022, 15:19
    • 407

Əli Əsədov Belarusun Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.

News24.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoqun mövcud olduğu bildirildi, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edildi.

Dövlət başçıları səviyyəsində şəxsi münasibətlərin Azərbaycan-Belarus əlaqələrinin inkişafında mühüm amil kimi dəyərləndirildi.

Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq 2021-ci ildə Azərbaycan-Belarus ticarət dövriyyəsinin artdığı bildirildi.

Müvəffəqiyyətlə həyata keçirilən müştərək sənaye layihələrinin əhəmiyyəti vurğulandı.

Qeyd edildi ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir. Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin əhəmiyyəti vurğulanaraq Belarusun Baş nazirinin sərgi ilə şəxsən tanış olması yüksək qiymətləndirildi.

Görüşdə, həmçinin iqtisadi, ticari, sənaye, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

Görüşün sonunda baş nazirlərin iştirakı ilə Azərbaycan-Belarus sənədləri imzalandı.