Blinkenlə Çavuşoğlu görüşdü
    • 19-05-2022, 00:15
    • 523

Blinkenlə Çavuşoğlu görüşdü

ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

News24.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Görüşün əsas mövzuları Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyi, eləcə də Ankaraya mümkün F-16 qırıcıları tədarükü olacaq.

Çavuşoğlu görüşdən əvvəl bildirib ki, Türkiyə NATO-nun "açıq qapı" siyasətini hər zaman dəstəkləyir. Bununla belə, nazir ölkəsinin Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı narahatlığının olduğunu bildirib.