Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi
    • 19-05-2022, 11:05
    • 385

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib.

News24.az xəbər verir ki, o, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.

Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.

Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Mr Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.

T.Məmmədov 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə "Şöhrət Ordeni"nə layiq görülüb. Ailəli idi, 2 övladı var.

Allah rəhmət eləsin! /Report.az/