Əməkdar jurnalist vəfat etdi
    • 16-01-2020, 21:27
    • 1 191

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist Tofiq Gülməmmədov bu gün səhər saatlarında dünyasını dəyişib.

News24.az xəbər verir ki, vəziyyəti pisləşən T.Gülməmmədov səhər saatlarında yerləşdirildiyi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Gülməmmədov Tofiq Ataxan oğlu 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub. 1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib. 1987-ci ildə təyinatla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. 1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə “Hərbi Vətənpərvərlik və Səlnamə” redaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib. 2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub. Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinə rəhbərlik edib.

2010-cu il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!