Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq
    • 19-05-2022, 14:40
    • 453

Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq

"Bir neçə gün sonra artıq Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq".

News24.az Apa-ya istinadən xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Şuşadakı həyatı, yaşayışı bərpa etmək üçün işlər sürətlə davam etdirilməkdədir: "Artıq Şuşada xəstəxana və orta məktəbin də inşası prosesi sürətlənməkdə və şəhərin həyat rejimi bərpa olunmaqdadır".