Bərdə-Ağdam yolunun açılacağı tarix bilindi
    • 22-04-2022, 19:11
    • 351

Bərdə-Ağdam yolunun açılacağı tarix bilindi

“Ağdamda bərpa işləri digər işğaldan azad olunmuş ərazilərə nisbətdə irəlidədir. Hazırda şəhərdə əsas baza infrasturkturunun çəkilişi həyata keçirilir”.

unu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada jurnalistlərin suallarını cavablandırarkən bildirib.

E.Hüseynov bildirib ki, bu işlərin ilin sonuna qədər yekunlaşdırılması gözlənilir: “Bərdə - Ağdam yolunun açılışı qrafiklə gələn il nəzərdə tutulsa da, hesab edirik ki, bu ilin sonuna qədər yekunlaşa bilər. Bunun baş tutması üçün əlimizdən gələni edirik.

Ağdam şəhəri artıq elektrik enerjisi ilə təmin olunub. Hazırda şəhərə magistral qaz və su xətlərinin çəkilişi üzrə layihələndirmə işləri yekunlaşmaq üzrədir”, - deyə Prezidentin nümayəndəsi qeyd edib.

O vurğulayıb ki, şəhərdə artıq baza infrastukruru ilə bağlı işlər yekunlaşmaq üzrədir və sosial infrastukturun tikintisinə başlanılıb: “Bura məktəbin, xəstəxanının, yaşayış binasının, sənaye parkının tikintisi, eyni zamanda, tarixi-mədəni obyektlərin -İmarət kompleksi, Qiyaslı və Cümə məscidlərinin restavrasiyası daxildir. 

Bundan sonrakı mərhələdə şəhərin mərkəzi hissəsi, bilavasitə ictimai məkanların bərpası ilə məşğul olacağıq. Bu da bizi Böyük Qayıdışa bir qədər də yaxınlaşdıracaq”. /Qafqazinfo/