-
- 19-05-2022, 21:54
- 411
“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirildi -FOTO
Bu gün Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin (MEDİA) və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib.
News24.az xəbər verir ki, 40-a yaxın media nümayəndəsinin qatıldığı təlimdə Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Məhkəmə-Hüquq Şurasının, Mediasiya Şurasının rəhbər və məsul şəxsləri, Bakı şəhər Yasamal Rayon məhkəməsinin sədri və spiker-hakimlər iştirak ediblər.
Təlimin açılışında çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova ədliyyə orqanlarının və məhkəmələrin media ilə dialoqun, sosial media fəaliyyətinin gücləndirilməsi ilə bağlı ardıcıl işlərin görüldüyünü qeyd edib, Ədliyyə Nazirliyinin 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyasına toxunaraq Medianın İnkişafı Agentliyi, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən təlimin media nümayəndələri, həmçinin ədliyyə sahəsində mətbuata məsul əməkdaşlar və spiker-hakimlər üçün kommunikasiyanın daha effektiv həyata keçirilməsi baxımından faydasını vurğulayıb.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin başlıca hədəfinin ədliyyə orqanları ilə medianın münasibətlərinin daha da şəffaflaşdırılması işinə xidmət olduğunu bildirib.
Bu münasibətlərin ölkəmizin beynəlxalq imici üçün müstəsna əhəmiyyətinin olduğunu deyən Natiq Məmmədli jurnalistlərin kommunikasiyaya qoşulmasının cəmiyyətin daha çox məlumatlandırılması baxımından önəmli olduğunu diqqətə çatdırıb.
Sonda media nümayəndələrinə təlimdə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.