Ədliyyə Nazirliyinin istintaq idarəsinə yeni rəis təyin edildi
    • 7-10-2019, 19:06
    • 1 560

Ədliyyə Nazirliyinin istintaq idarəsinə yeni rəis təyin edildi

Ədliyyə orqanlarına yeni təyinat olub.

News24.az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı müvafiq əmrlə, N.Abbasov Ədliyyə Nazirliyinin istintaq idarəsinin rəisi vəzifəsinə təyinat alıb.