ABŞ Senatı Ukraynaya 40 milyard dollar yardımı təsdiqlədi
    • 19-05-2022, 22:34
    • 486

ABŞ Senatı Ukraynaya 40 milyard dollar yardımı təsdiqlədi

ABŞ Senatı cümə axşamı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini təsdiqləyib.

ABŞ Konqresinin Senatı Nümayəndələr Palatasının ardınca Ukraynaya əlavə 40 milyard dollar vəsaitin ayrılması haqqında H.R.7691 - 2022-ci il qanun layihəsini qəbul edib.

Konqresin aşağı palatası Ukraynaya əlavə yardımın göstərilməsinə dair qanun layihəsini ötən həftə təsdiqləmişdi.

Bu halda sənəd ABŞ prezidenti Co Bayden tərəfdən imzalandığı halda qanuni qüvvəyə minəcək./Trend.az/