-
- 20-05-2022, 16:58
- 298
AzTU-da "Şuşa İli"nə həsr olunan beynəlxalq konfransın açılışı olub
Azərbaycan Texniki Universitetinin (AzTU) ev sahibliyi ilə "Şuşa İli"nə həsr olunan "Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. Məqsəd süni intellekt üzrə yeniliklər edən dünyanın tanınmış mütəxəssislərinin ixtiralarını geniş auditoriyaya çatdırmaqdır.
News24.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Daha sonra beynəlxalq konfransın sədri, professor Tuncay Yiğit çıxış edib. Bildirilib ki, konfrans 3 ildir Türkiyədə keçirilir. Tədbirin 4-cü dəfə qardaş Azərbaycanın paytaxtı Bakıda təşkil olunmasının məqsədi ortaq dəyərlərə sahib olmağımız, əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsidir. Qeyd olunub ki, 30-a yaxın universitetin alimlərinin iştirak etdiyi konfransa ümumilikdə 227 məqalə daxil olub. İki gün ərzində keçiriləcək panel iclaslarda məqalələrin müzakirəsi aparılacaq.
Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev belə bir mötəbər tədbirin “Şuşa İli”nə həsr olunmasının xüsusilə əhəmiyyətli olduğunu bildirib. Rektor 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışaraq bildirib ki, müharibədə dünya hərb tarixində ilk dəfə olaraq müasir texnologiyalardan istifadə edilməsi bu sahənin mütəxəssisləri üçün araşdırma mövzusu olub. Müdafiə sənayesi sahəsində müasir trendlərdən istifadə onu göstərir ki, universitetlərdə süni intellekt və tətbiqi riyaziyyatın tədrisinin və bu istiqamətdə elmi-tədqiqatların keyfiyyəti artırılmalıdır. Rektor bugünkü konfransın həm alimlər, həm də müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb.
Daha sonra konfransa onlayn qoşulan İsparta Tətbiqi Elmlər Universitetinin rektoru, professor İbrahim Diler çıxış edib və konfransın işinə uğurlar arzulayıb.
Konfransın açılışında iştirak edən Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Türkiyənin Qazi Universitetinin professoru, Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidenti Çetin Elmas, Milli Müdafiə Universitetinin prorektoru, professor Sərdar Salman süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri, universitetlərdə bu istiqamətdə görülən işlər barədə məruzə ilə çıxış ediblər.
Konfrans çərçivəsində AzTU-nun rektoru Vilayət Vəliyev diplomla təltif olunub.
Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq konfransın təşkilatçıları AzTU, MDU, Qazi Universiteti, Süleyman Demirel Universiteti və İsparta Tətbiqi Elmlər Universitetidir.