-
- 20-05-2022, 18:47
- 362
Sahibə Qafarova Türkiyə Hesablama Məhkəməsinin sədri ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yener ilə görüşüb.
News24.az xəbər verir ki, parlamentin sədri qonağı salamlayaraq, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu söyləyib.
Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan-Türkiyə münasibətlərinin dünya siyasi sistemində arternativi yoxdur. Münasibətlərimiz “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edir. Sevindirici haldır ki, qardaşlıq münasibətlərimiz günü-gündən möhkəmlənir. Əlaqələrimizin inkişafında dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri böyük rol oynayır. Milli Məclisin sədri Azərbaycan və Türkiyə Prezidentlərinin Rize-Artvin Hava Limanının açılışındakı iştirakını xatırlayaraq, iki dost və qardaş ölkə başçısının bu cür tədbirlərdə birgə iştirakını dostluğumuzun bariz nümunəsi kimi dəyərləndirib. Qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.
Parlamentin sədri bu günlərdə İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Bakıya səfərini və tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə birlikdə Şuşa şəhərini ziyarət etməsini məmnunluqla xatırlayıb.
Spiker Türkiyə Hesablama Məhkəməsi rəhbərinin Bakıya səfərinin hər iki ölkənin audit qurumları arasında əlaqələrin daha da dərinləşməsi baxımından əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, qardaş ölkələrimizin dövlət qurumları və institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verir.
Sahibə Qafarova əlaqələrimizin daha da dərinləşməsində parlamentlərin özünə məxsus rolundan söz açaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərilməsini təqdir edib. Bildirilib ki, Milli Məclislə TBMM arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Deputatlarımız ikitərəfli və çoxtərəfli formatlarda uğurlu fəaliyyət göstərirlər. Yaxın günlərdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Beynəlxalq əlaqələr komitələrinin Bakı və Şuşa şəhərlərində növbəti üçtərəfli görüşü keçiriləcək. Bu tədbirlər əlaqələrimizin daha da dərinləşməsi baxımından önəmlidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yener ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, iki dost və qardaş ölkə arasında əməkdaşlığın həyatın müxtəlif sahələrində daha da dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir.
Metin Yener deyib ki, iki ölkənin audit qurumları arasında təcrübə və informasiya mübadiləsi tərəflər üçün çox əhəmiyyətlidir. Qonaq ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun iqtisadi, mədəni, humanitar sahələrə də müsbət təsir etdiyini söyləyib.
Qeyd edilib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər Türkiyəni də sevindirir. Bu dostluq və qardaşlıq hər iki ölkənin beynəlxalq müstəvidə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.