ABŞ-da fövqəladə vəziyyət elan edildi
    • 21-05-2022, 22:45
    • 422

ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Miçiqan ştatının Geylord şəhərində tornado baş verib.

Maşınları aşırıb ağacları kökündən çıxaran tornado yanacaqdoldurma məntəqəsinə, anbarlara və evlərə böyük ziyan vurub.

Tornado zamanı ən azı 2 nəfər ölüb, 44 nəfər yaralanıb. Miçiqan qubernatoru fövqəladə vəziyyətin elan olunduğunu açıqlayıb./Axar.az/