Şəkidə mikroavtobus məktəblini vurdu
    • 21-05-2022, 23:36
    • 416

Şəkidə mikroavtobus məktəblini vurdu

Şəkidə mikroavtobus məktəblini vurub.

Hadisə bu gün axşam saatlarında, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Suçma kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Səməd Qurbanov idarə etdiyi "Ford" markalı mikroavtobusla 2010-cu il təvəllüdlü Elvin Məmmədlini vurub.

Xəsarət alan 12 yaşlı Elvin Məmmədli Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, piyadanı vuran mikroavtobus Zaqatala-Bakı istiqamətində hərəkətdə olub./Qafqazinfo.az/