İranda binanın çökməsində təqsirli bilinən 8 nəfər saxlanıldı
    • 24-05-2022, 00:18
    • 308

İranda binanın çökməsində təqsirli bilinən 8 nəfər saxlanıldı

İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsində təqsirli bilinən 8 nəfər saxlanılıb.

Binanın sahibi, podratçı şirkət rəhbəri və Abadan şəhər meriyasına tikintiyə nəzarət şöbəsinin 6 əməkdaşı saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Qeyd edək ki, Abadan şəhərində çökən binada 6 nəfər ölüb, 29 nəfər yaralanıb.

Dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.

Axtarışlar davam etdirilir./Apa.az/