Tahir Salahovun qızının milyonluq rəsm əsərləri oğurlandı
    • 13-12-2018, 18:31
    • 1 793

Tahir Salahovun qızının milyonluq rəsm əsərləri oğurlandı

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahovun qızı rəssam və heykəltəraş Aydan Salahovanın Moskvada 1 milyon rubldan çox dəyəri olan 2 rəsm əsəri oğurlanıb.

Bu barədə ölkənin hüquq-mühafizə orqanlarından məlumat yayılıb. Mənbənin verdiyi məlumata görə, hazırda rəsm əsərlərini oğurlayan şəxs polis tərəfindən saxlanılıb. Mənbə saxlanılan şəxslə bağlı belə açıqlama verib:

"Rəsm əsərlərini oğurlayan şəxs Salahovaya onları baha qiymətə qaytaracağına söz versə də, sonradan fikirndən daşınıb. Oğru onunla əlaqə yaratmayıb. Bundan sonra rəssam da polisə müraciət edib”. 


//Unikal