Putin azərbaycanlı rəssamı təbrik etdi
    • 29-11-2018, 13:30
    • 883

Putin azərbaycanlı rəssamı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.

News24.az-ın məlumatına görə, təbrikdə deyilir: 

"Görkəmli rəssam, təsviri sənətin klassiki sayılan Tahir Salahov, Siz nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda yaxşı tanınırsız. Sizin işləriniz Rusiya və dünyanın ən yaxşı muzey, rəsm qalereyalarını bəzəyir. 

Çoxsaylı sərgiləriniz isə mədəni həyatda mühüm hadisə olur və rəsm həvəskarları arasında böyük maraq doğurur. Siz nadir istedada və böyük yaradıcılıq planlarına malik insan kimi tələbat olan rəssam və pedaqoqsunuz, parlaq və bacarıqlı tələbələr pleyadası yetişdirmisiniz"