DİM qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib
    • 24-05-2022, 11:45
    • 254

DİM qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi magistraturada 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlara müraciət edib.

DİMd-ən News24.az-a verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etməsi üçün qeydiyyatı 1–3 tarixlərində aparılacaq. Qabiliyyət imtahanları isə 8–17 iyun tarixlərində keçiriləcək.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.