-
- 14-12-2018, 10:23
- 2 134
İranda bu qadınlara 74 şallaq cəzası təyin edilib — FOTO
İranda qadınlar arasında plastik əməliyyat geniş yayılıb.
Göstəricilərə görə iranlı qadınlar dünyada ən çox plastik cərraha müraciət edən qadınlar sırasına yüksəlib.
Statistikalara əsasən, plastik əməliyyat tələbi ən çox 17-26 yaş arası qadınlarda olur. Məlum olub ki, orta və yuxarı sinfin qadınları arasında belə əməliyyatlar çox geniş yayılıb.
Mütəxəssislər qeyd ediblər ki, plastik əməliyyat olunan insanların 50 faizinə cərrahi müdaxilə ehtiyac olmayıb. Gənclər daha gözəl görünmək, dəbə ayaq uydurmaq üçün cərrahlara müraciət edirlər. İranda 3 mindən çox həkim plastik əməliyyat edir. Səhiyyə nazirliyi isə bu insanların çox az hissəsinə icazə verir, əməliyyatların əksəriyyəti mütəxəssis olmayan insanlar tərəfindən həyata keçirilir.
Təkcə həkimlərdən biri son 11 il ərzində 5 min burun əməliyyatı etdiyini bildirib. Xaricdən isə hər ay 7-8 nəfər gəlir və cərraha müraciət edir. Avropada yaşayan və burun əməliyyatı üçün İrana səfər edən 33 yaşlı qadın bildirib ki, daha yaxşı xarici görünüş, ucuz qiymət üçün belə bir qərara gəlib.
Ötən aylarda İran parlamentinin hüquq komissiyasının mətbuat katibi Həsən Novruzi bildirmişdi ki, “eşşək qulağı” və “pişik gözü” plastik əməliyyatı etdirən və edənlərə 10 gündən 2 aya qədər həbs cəzası və 74 şallaq cəzası tətbiq ediləcək.
//Ölkə