İranın bilinməyən üzü - Başı bağlı transgenderlər, siğə edənlər...- FOTOLAR
    • 16-08-2018, 16:54
    • 4 207

İranın bilinməyən üzü - Başı bağlı transgenderlər, siğə edənlər...- FOTOLAR

İranın adı çəkildikdə bir çoxlarının fikrində geyim, gündəlik həyat və bir çox şeylərdə qoymuş qadağalar canlanır. 

Misal üçün qadınlar ancaq çadrada gəzir, kişi ilə qadın hər kəsin gözü qarşısında əl-ələ tiuta bilməz və s. 

News24.az olaraq İranla bağlı fikirlərinizi dəyişəcək bir neçə bilmədiyiniz fakti təqdim edirik:

1.İranda qadınlar çadraya bürünür.



Əsas şərtlərdən biri isə xanımların başına örpək örtmələridir. Bu onların çadraya bürünməsi demək deyil.

Düzdür geyimlə bağlı müəyyən qadağalar olsa da, lakin icazə verilən həddə qədər cins şalvar, çəkələk, hündürdaban ayaqqabı geyinməkdə məhdudiyyət yoxdur. Buna görə də iranlı xanımlar hər zaman dəbli görünür.

2.İranlı xanımların heç bir hüququ yoxdur.

İranda qadınlar bir çox İslami ölkələrdən daha yaxşı yaşayırlar. Onlar istədikləri peşənin sahibi olmaqda sərbəstdirlər.

3.İran təhlükəli yerdir.

Yəqin ki, İran sözünün İraq sözü ilə bənzərliyi çoxlarını qorxudur. İran təhlükəli ölkələr sırasın da 53-cü yerdədir.

4.Oğlan və qız ancaq toy günü tanış olur.

Cütlüyün toy günü tanış olması doğrudur, lakin bu kateqoriyaya çox az adam daxildir.
Nişanlı və sevgililər toydan öncə şəhərdə əl-ələ rahat gəzə bilir. Hətta onlara bir-birlərinin üzündən öpmək də icazə verilir.
Birlikdə yaşamaq üçün isə müvəqqəti nikah da (Siğə) kəsilir.


5.Burun əməliyyatı dəbdədir.

Bu ölkə rinoplastika üzrə ilk sıralardadır. İranda burun əməliyyatı etdirmək ailənin imkanlı olması deməkdir. Hətta bir çoxları əməliyyat etdirməsə belə, yalandan da olsa burunlarına plastr yapışdırır.

6.İranda cinsiyyət dəyişməyə icazə verilir.


Bunun üçün dövlət müraciət edən şəxsə 3 min dollar pul ayırır və prosedurun ilk anlarından sonadək məsələni nəzarətdə saxlayır.

İran bu məsələdə Tailandan sonra ikinci yerdədir.

7.Bu ölkədə rahatlıqla bir-birini öpən, hətta qucaqlaşaraq söhbət edən kişilər görə bilərsiniz.

Teymur Məmmədov