“Qızıl top”un təqdim ediləcəyi tarix açıqlandı
    • 24-05-2022, 22:58
    • 302

“Qızıl top”un təqdim ediləcəyi tarix açıqlandı

Növbəti “Qızıl top” mərasimi 2022-ci il oktyabrın 17-də Parisdəki “Teatr dü Şatle” salonunda keçiriləcək.

Cari ildə kişilər və qadınlar üçün nominasiyalar, həmçinin ən yaxşı gənc oyunçu və ən yaxşı qapıçı mükafatlarına namizədlərin siyahıları isə avqustun 12-də açıqlanacaq.

Qeyd edək ki, ötən il əsas mükafatları PSJ-nin hücumçusu Lionel Messi, “Barselona”nın futbolçusu Aleksiya Putellas, “Barselona”nın yarımmüdafiəçisi Pedri və PSJ-nin qapıçısı Canluici Donnarumma alıb./Oxu.az/