Texasda atışma zamanı 15 nəfər həlak oldu -YENİLƏNİB
    • 25-05-2022, 01:16
    • 354

Texasda atışma zamanı 15 nəfər həlak oldu -YENİLƏNİB

ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub.

News24.az "Report"a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbott bildirib. O, qeyd edib ki, həlak olanlardan 14-ü şagirdlər, 1-i müəllimdir.

Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.

“Atəş açan ölüb. Güman edilir ki, o, hadisə yerinə gələn polislər tərəfindən güllələnib", - qubernator mətbuat konfransında deyib.

Qatilin tapança və ehtimal ki, tüfənglə silahlanmış 18 yaşlı yerli sakin Salvador Romas olduğu müəyyən edilib.

Yaralı məktəblilərdən ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan əlavə, insident zamanı 45 yaşlı kişi güllə yarası alıb.

Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da) baş verib.

Hadisənin başvermə səbəbləri və digər yaralıların vəziyyəti açıqlanmır.

Daha əvvəl atışma zamanı 2 şagirdin həlak olduğu, 13 məktəblinin yaralandığı bildirilirdi. 


***
00:48

Texasda baş verən atışmada ondan çox adam yaralanıb, 2 məktəbli ölüb.

News24.az xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.

13 şagirdə tibbi yardım göstərilib, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Bundan başqa, 45 yaşlı kişi də güllə yarası alıb.