Rusiya Donbassın 39 yaşayış məntəqəsini atəşə tutub: 14 nəfər həlak oldu
    • 25-05-2022, 01:52
    • 308

Rusiya Donbassın 39 yaşayış məntəqəsini atəşə tutub: 14 nəfər həlak oldu

Donbasın Rusiya hərbçiləri tərəfində atəşə tutulması nəticəsində azı 14 dinc sakin həlak olub.

Bu barədə Ukrayna Birləşmiş Qüvvələr qruplaşmasından məlumat verilib.

Qeyd olunub ki, atəş nəticəsində 60-dan çox mülki obyekt, o cümlədən 50 yaşayış binası, xəstəxana, zavod, dəmir yolu vağzalı, tikinti bazası, ticarət mərkəzi, polis idarəsi, prokurorluğun binası, elektrik yarımstansiyası və qaraj kooperativi dağıdılıb və zədələnib.