Türkiyədə mədəndə çökmə olub, - 1 nəfər həyatını itirib

Türkiyədə mədəndə çökmə olub, - 1 nəfər həyatını itirib Dünya
Türkiyənin Acıpayamın Karaismaillər Məhəlləsi Devekonağı məhəlləsində fəaliyyət göstərən xrom mədənində çökmə baş verib.

News24.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, təxminən 100 işçinin 2 növbə ilə işlədiyi xrom mədənində çalışan işçilərdən 40 yaşlı Əli Rıza Kut çuxurun altında qalarkən, 16 komanda yoldaşı öz səyləri ilə çölə çıxa bilib.

Bölgəyə sövq edilən qruplar təxminən 3 saatlıq işdən sonra dağıntılar altında qalan Kutun cansız bədəninə çatıb.

Çökmənin səbəbi araşdırılır.