-
- 25-05-2022, 11:12
- 435
Moskvada karantinlə bağlı cərimələr ləğv edilir
Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin karantin qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin yığılmasının dayandırılacağını bildirib.
News24.az “Report”a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Vətəndaşların real gəlirlərində azalma müşahidə edirik. Ona görə mən də COVİD amnistiyası elan etmək qərarına gəldim. Moskvanın icra hakimiyyətləri karantin qaydalarının pozulmasına görə təyin edilmiş, ancaq ödənilməmiş cərimələrin toplanması üzrə fəaliyyəti dayandıracaqlar", - Sobyanin qeyd edib.
O əlavə edib ki, COVID-19 dövründə təcrid rejiminə əməl edilməməsi istisna olmaqla, karantin qaydalarının pozulmasına görə Moskva şəhərinin icra hakimiyyətləri və tabeliyindəki qurumlar tərəfindən tətbiq olunmuş cərimələr amnistiyaya düşür.
Məlumata görə, Moskva hakimiyyəti karantin qaydalarının pozulmasına görə ümumilikdə, təxminən 13,6 milyard rubl cəriməni toplamağı və ya geri qaytarmağı amnistiya tətbiq edildikdən sonra dayandıracaq.
Qeyd olunub ki, amnistiya 2022-ci il iyunun 1-dən qüvvəyə minir.