Bakıda gənc psixoloq qəfil öldü - FOTO
    • 25-05-2022, 17:53
    • 285

Bakıda gənc psixoloq qəfil öldü - FOTO

Bakıda gənc psixoloq qəfil vəfat edib.

News24.az-ın məlumatına görə, paytaxtda yaşayan psixoloq Rəşad Hüseynli xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Dostları onun böyrəyinə su yığılması səbəbindən vəfat etdiyini bildiriblər.

Həmçinin bildirilib ki, Rəşad ötən il ailə həyatı qurubmuş.

Qeyd edək ki, R.Hüseynli xəstəxanaya yerləşdirildikdən sonra sosial şəbəkədə status yazaraq vəziyyətinin yaxşı olmadığını bildirmişdi.

Allah rəhmət eləsin!