Millimiz Lixtenşteyndən ilk oyunun acığını çıxdı QALİB GƏLDİ
    • 14-11-2019, 20:45
    • 1 124

Millimiz Lixtenşteyndən ilk oyunun acığını çıxdı QALİB GƏLDİ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
News24.az xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığması ilə qarşılaşıb.
Oyun yığmamızın 1:0 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşmada yeganə qola matçın 65-ci dəqiqəsində Barış Ekincier imza atıb.
Qeyd edək ki, millimiz ilk oyunda Lixtenşteynə 0:1 hesabı ilə uduzmuşdu.