Millimiz 3 yoldaşlıq matçı keçirəcək
    • 27-05-2021, 12:28
    • 563

Millimiz 3 yoldaşlıq matçı keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışı başlayıb.

News24.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mayın 31-dək Bakıda hazırlılaşacaq yığma daha sonra ölkə xaricinə yollnacaq.

Kollektiv iyunun 1-dən 3-dək Minsk, 3-dən 6-dək isə Moldovanın Kişineu şəhərində hazırlıq keçəcək.

U-19 hazırlıq çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Yığma iyunun 2-də Belarusun U-19, 4-də və 6-da isə Moldovanın U-19 komandası ilə qarşılaşacaq.